Dengarkan lagu Ruh nyanyian N.J dengan lirik

Ruh

N.J12 Mac 2020

Lirik Ruh

Dua edib mən ki, tanrıya

İstəmişdim səni qaytara

Yavaş-yavaş, səssizcə, bir az

Səsim çatmaz sanki tanrıya

 

Apar məni sən dərgahına

Qaçım gəlim mən qollarına

Çağırmışam bu gecə səni

Həsrət dolu qəm otağıma

 

Ruhun gəzir otağımda

Mənə - “sev, mənə döz” - deyir

“Ölməyib ki, sevgimiz

Qovuşacağıq biz” - deyir

 

Ruhun gəzir otağımda

Mənə - “sev, mənə döz” - deyir

“Ölməyib ki, sevgimiz

Qovuşacağıq biz” - deyir

 

Gözlərimdə bir soyuqluq

Sükut çöküb sanki dünyama

Alıb məni bir gün yanına

Apar məni sən sonsuzluğa

 

Ağlayıram hər gün, hər gecə

O sevdiyin mahnılarına

Anlamıram bu qədər sevən

Biri qayıtmazmı yanıma?!

 

Ruhun gəzir otağımda

Mənə - “sev, mənə döz” - deyir

“Ölməyib ki, sevgimiz

Qovuşacağıq biz” - deyir

 

Ruhun gəzir otağımda

Mənə - “sev, mənə döz” - deyir

“Ölməyib ki, sevgimiz

Qovuşacağıq biz” - deyir

 

Ruhun gəzir...

Ruhun gəzir...

Ruhun gəzir otağımda...

Otağımda...

Otağımda...